Sosial şəbəkədə biz:

"Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur"

29 October 2018, 22:32
Gündəm
Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq. Bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib. Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var - Şahdağ və Tufandağ. “Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, - müsahibimiz bildirib. O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.