Sosial şəbəkədə biz:

Azərbaycanda məhkəmələrə yeni hakimlər təyin olunacaq - Siyahı

30 October 2018, 09:56
Gündəm
Azərbaycanda bəzi məhkəmələrə yeni hakim təyinatları olacaq. “ Azinforum.az ” xəbər verir ki, Oxu.az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi parlamentə daxil olub. Qanun layihəsi bu gün MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Komitə üzvləri qanun layihəsi barədə müsbət fikirlərini, məhkəmə sistemində aparılan islahatların davam olmasını vurğulayaraq, adıçəkilən sənədin plenar iclasa tövsiyə olunmasını məqsədəuyğun biliblər. Qeyd edək ki, qanunvericiliyə görə, MM bu təyinatları təsdiqləməlidir. Yəni, aşağıdakı məhkəmələrə bu hakimlər təyin olunacaq: Azərbaycan Respublikası Ali Məhkəməsinə: Sənan Firudin oğlu Hacıyev Naxçıvan MR Ali Məhkəməsinə: Novruzov Əsgər Novruz oğlu Allahverdiyev Mehman Dünyamalı oğlu Xıdırov Əhliman Mehman oğlu. Bakı Apellyasiya Məhkəməsinə: Sadıqov Vahid Nəriman oğlu (Qəbələ rayon məhkəməsinin sədri vəzifəsindən azad ediləcək) Əhmədov İlham Bayram oğlu Məmmədova Şərafət Asif qızı Məhərrəmova Şeyda Ədalət qızı Məmmədov Habil Çingiz oğlu Rəhimov Elmar Eldar oğlu Kərimli İlham Əziz oğlu Abdulov Rəşad Məhərrəm oğlu Babayev Fuad Fikrət oğlu Əliyev Zaur Əli oğlu Hüseyn Aida Əli qızı Gəncə Apellyasiya Məhkəməsinə: Hüseynzadə Afiq Hüseyn oğlu Məmmədov Rəşad Ziyəddin oğlu Sumqayıt Apellyasiya Məhkəməsinə: Babayeva Hökumə Çingiz qızı Əsgərova Ruhiyyə Orucəli qızı Məmmədov Fuad Əli oğlu Rzayev Məhəmmədəli Əsəd oğlu Şirvan Apellyasiya Məhkəməsinə: Əliyev Elşad İbiş oğlu Soltanov Fuad Kamil oğlu Şəki Apellyasiya Məhkəməsinə: Hüseynov Mübariz Rahil oğlu Məlikov Vəzirxan İsgəndər oğlu Eyvazov Akif Məhərrəm oğlu Mahmudov Ayaz Akif oğlu.