Sosial şəbəkədə biz:

Naxçıvanda bu alimin irsi öyrəniləcək - Sərəncam

30 October 2018, 10:04
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verdiyi, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazandığı qeyd olunur. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulub, dövrünün görkəmli alimlərindən təhsil alıb, dünyəvi və dini elmlərə dərindən yiyələnib. Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə V. Talıbov sərəncamda qeyd edib: "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.