"Hazırda ayrı-ayrı redaksiyaların bizə 1 milyona yaxın borcu var" - QALMAQAL
Ayrı-ayrı kütləvi informasiya vasitələrinin “Azərbaycan” Nəşriyyatına olan borcumunun ümumi məbləği açıqlanıb.
“Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov “Ölkə.Az”a açıqlamasında bildirib ki, hazırda onlarla redaksiyanın Nəşriyyata külli miqdarda borcu var:
"Hazırda ayrı-ayrı redaksiyaların bizə 1 milyona yaxın borcu var. Bu, 16-17 ilin borcudur ki, yığılıb qalıb. Onların arasında eləsi var ki, indi fəaliyyət göstərmir, bağlanıb və bizə borcu qalıb".
Baş direktor "Azadlıq" qəzetinin də “Azərbaycan” Nəşriyyatına borcu olduğunu söyləyib:
"Bu gün "Azadlıq" qəzeti yayımını dayandırdığı üçün bizə olan borcunu hələ də ödəməyib. Nəticədə isə borc yığılıb qalıb. Ümumiyyətlə, bu cür borcu olan redaksiyaların sayı çoxdur".