Sosial şəbəkədə biz:

Qaz xəttinin çəkilişində “Azəriqaz”ın işçisi yaralandı

30 October 2018, 13:59
Gündəm
Bakıda qaz xəttinin çəkilməsi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb. " Azinforum.az " Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbənin "D" massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən "Azəriqaz" İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.