Sosial şəbəkədə biz:

Hava yenidən pisləşir - Qar yağacaq, leysan olacaq

30 October 2018, 14:01
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb. Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.