Sosial şəbəkədə biz:

"Buta Palace" da qəribə günə təsadüf edən toy - dəvətlilərdən hədiyyə və pul qəbul edilmir

Məlum olduğu kimi Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığını bildirib, dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib. Bəllidir ki, bu sözdən ən böyük pay ölkənin bir nömrəli dərman inhisarçısı olan "Avromed" şirkətinin payına düşür.  Azinforum.az-ın məlumatına görə, Cavanşir Feyziyev bu xəbəri böyük narahatçılıqla qarşılayıb.  Maraqlıdır ki, Cavanşir Feyziyevin narahat olması üçün əsas verən bu xəbər onu əlamətdar bir gündə haqlayıb. Saytımızın əldə etdiyi məlumata görə, bu gün "Avromed"in şefi öz şirkətində rəhbər vəzifədə çalışan qardaşı oğluna "Buta Palace" da dəbdəbəli toy keçirir.  Deyilənə görə, bütün dəvətlilərə  əvvəlcədən tapşırılıb ki, toyda  hədiyyə və pul qəbul edilməyəcək. Bu faktın özü bir daha sübut edir ki, Feyziyevlər dərman və siqaret satışının manapoliyasından yaxşı qazanc əldə edə biliblər. Xatırladaq ki, Azərbaycanın daxili bazarında satılan qiymətlər dünyanın əksər ölkələrindən dəfələrlə bahadır. Rovşən ƏLİ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol