Sosial şəbəkədə biz:

Bakıda klinika rəhbərinə qarşı dələduzluq edildi

31 October 2018, 11:17
Gündəm
Bakıda stomatoloji klinikanın rəhbərinə qarşı dələduzluq edilib. Trend-in məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. Nizami rayonu, Balakişiyev küçəsi, 55 ünvanında yerləşən stomatoloji klinikanın təsisçisi Muradov Məmməd Qəhrəman oğlu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədəliyev Anar Bilal oğlu klinikanı televiziyada reklam etdirmək üçün ondan 700 manat alaraq mənimsəyib. Faktla bağlı araşdırma aparılır.