Sosial şəbəkədə biz:

Oktyabrın 31-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

31 October 2018, 12:12
Gündəm
Azinforum.Az: - Oktyabrın 31-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Azinforum.Az - a verdiyi məlumatına görə: Bakıda və Abşeron yarımadasında Oktyabrın 31-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Oktyabrın 31-i gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 8-13 dərəcə isti təşkil edəcək.