Sosial şəbəkədə biz:

“Damdayatan Nizam”ın qızı məhkəmə qarşısına çıxarılır

31 October 2018, 14:12
Gündəm
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan Bakı şəhər sakini, 35 yaşlı Şəms Səmədovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org-un xəbərinə görə, məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxıçı noyabrın 7-ə təyin edilib. Xatırladaq ki, Şəms Səmədova bu il mayın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilib. O əvvəllər də eyni ittihama görə məhkumluq həyatı yaşayıb. S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da eyni ittihamla həbs edilib. Onun barəsindəki cinayət işi ayrıca icraata verilib. Məlumat üçün qeyd edək ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da vaxtilə narkotik ticarəti ilə məşğul olublar.