Sosial şəbəkədə biz:

Bakıda qısqanc ər arvadını boğaraq öldürdü

31 October 2018, 15:26
Gündəm
Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisəsi törədilib.   Azinforum.az Report-a istinadən xəbərinə görə, hadisə ötən gecə İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb.   Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.   Hadisəni törədən M.Əliyev tutulub.   Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.