"Qarabağ" yenə qələbə qazana bilmədi
Bu gün Topaz Premyer Liqada VII turdan təxirə salınmış oyun keçirilib.
"ASK Arena"da baş tutan qarşılaşmada "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəliblər.
Son turda "Neftçi"yə məğlub olan Ağdam təmsilçisi bu dəfə də qələbə qazana bilməyib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.