Elçibəy məşhur “mafiya lideri” ilə Prezident Aparatında nədən danışmışdı?
Cahandar Bayoğlu açıqlayır
Türkiyədə yeraltı dünyasının əfsanəvi ismi- Abdullah Çatlı 3 noyabr 1996-cı ildə faciəli şəkildə həlak olub. Həmin gün Türkiyənin Balıqəsir şəhəri yaxınlığındakı Susurluq adlı bir nahiyədə o, içərisində olduğu avtomobilin yük maşını ilə toqquşması nəticəsində həlak olub. Tarixə “Susurluq qəzası” adı ilə düşən və sui-qəsd olması güman edilən hadisə zamanı onunla birlikdə maşında Qönçə Us adlı xanım, İstanbul polis rəisinin sabiq müavini Hüseyn Kocadağ da dünyasını dəyişib. Maşındakı dörd nəfərdən yalnız biri- həmin dövrdə Doğru Yol Partiyasından millət vəkili olan Sedat Bucaq sağ qalıb.
Alparslan Türkeşin yaratmış olduğu Milliyətçi Hərəkat Partiyasının fəal dəstəkçilərindən olan Abdullah Çatlı 1970-ci illərin sonlarından etibarən həmin partiyanın gənclik qolu sayılan Ülkü Ocaqlarının liderlərindən olub. 1978-ci ildə Türkiyə İşçi Partiyasının 7 fəalının ölümündə təqsirli bilinərək olaydan 4 il keçdikdən sonra həbs edilib. Daha sonra Fransada həbs olunub, 7 il məhkum edildiyi İsveç həbsxanasından qaçıb. Mehmet Ağca tərəfindən Roma papasına düzənlənən sui-qəsdlə bağlı məhkəmədə şahid qismində dindirilib.
Abdulla Çatlı
Türkiyə mediasında “mafiya lideri” kimi tanıdılan Çatlının 1980-ci ildən sonra gerçəkləşdirdiyi bəzi aktlar belədir:
Cahandar Bayoğlu
Cahandar Bayoğlu yada salıb ki, 1996-cı ildə baş vermiş “Susurluq qəzası”ndan sonra Mehmet Özbayın Abdulla Çatlı olduğu üzə çıxıb və onun Əbülfəz Elçibəylə görüşü Türkiyə mətbuatını da maraqlandırıb. Elçibəy Türkiyə jurnalistlərinin suallarına cavab olaraq bildirib ki, Susurluq qəzasına qədər Mehmet Özbay kimi tanıdığı Abdulla Çatlı türk xalqının terrorizmə qarşı mübarizə aparmış qəhrəman övladıdır: “Belə oğullarla qürur duymaq gərəkdir”!
Cahandar Bayoğlu “Susurluq qəzası”nı təsadüfi olay hesab etmədiyini də bildirib: “Hadisəyə indiki zamanın gözü ilə baxdıqda məlum olur ki, bu hadisəni törədənlər Türkiyə dövlətinin içinə sızmış FETÖ çətəsidir. Məqsəd isə Türkiyədə o zamanlarda Başbuğ Alparslan Türkeşin liderliyi ilə yüksələn milliyətçi dalğanı ləkələmək, türk dünyasında güclənən turançı dalğanı gözdən salmaq olub”.
AzNews.az
Abdulla Çatlı
Türkiyə mediasında “mafiya lideri” kimi tanıdılan Çatlının 1980-ci ildən sonra gerçəkləşdirdiyi bəzi aktlar belədir:
- 1982-ci ildə erməni mənşəli Nübar Yalımyanın Hollandiyada qətli;
- Erməni fəal Ara Toraniyanın Fransada qətli;
- 2 may 1984-cü ildə Parisdə Erməni Abidəsinin bombalanması;
- Kürd-erməni qarışığı olan narkotacir Bahçet Cantürkün öldürülməsi;
- “Kazinolar kralı” Ömər Lütfi Topal cinayəti;
- Kürd mənşəli İran casusları Lazım Esmaelli və Əsgər Simitkonun öldürülməsi.