Sosial şəbəkədə biz:

Belarusun hərbi ekspertləri Azərbaycana gəlib

05 November 2018, 21:36
Gündəm
Azərbaycan ilə Belarus arasında imzalanmış 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri arasında işçi görüşü keçirilir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Noyabrın 8-dək davam edəcək görüşdə ekspertlər qarşılıqlı təcrübə mübadiləsi məqsədilə mühəndis-texniki təminat üzrə müzakirələr aparacaqlar.