Sosial şəbəkədə biz:

Rusiya və Türkiyədən dollara daha bir zərbə

07 November 2018, 09:55
Gündəm
Rusiya Turizm Agentlikləri Birliyi (ATOR) 6 noyabrdan etibarən Türkiyəyə səyahətdə qiymətlərin dollar əvəzinə avro ilə hesablanacağını açıqlayıb. “Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, valyuta dəyişikliyinin qiymətlərdə ciddi artıma səbəb olmayacağı bildirilib. Lakin, 2019-cu ilin yazından etibarən qiymətlərdə 15 faizlik bahalaşmanın olacağı gözlənilir. Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları aralığında Türkiyəyə 5,2 milyon rus turist səyahət edib.