Sosial şəbəkədə biz:

“Mən təklif edirəm ki, yaxşı xidmət edən əsgərləri tez-tez məzuniyyətə də göndərək” Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Tahir Əliyev 9 noyabr Dövlət Bayraq günündə əsgərlərimizin andiçmə mərasiminin təşkil edilməsinə münasibət bildirərkən deyib. T.Əliyev bildirib ki, bu, xalqımız üçün ikiqat bayramdır: “Bayrağımızın tarixi çox böyükdür. İlk olaraq bayrağımız Naxçıvan Muxtar Respublikasında təsdiq edildi. Sonra biz onu Milli Məclisdə qəbul etdik. Bu bizim milli atributumuzdur. Bu gün bayrağımızla və himinimizlə bağlı səsləndirilən fikirlərin şahidi oluram. Bunlar çox əzab-əziyyətlə ərsəyə gəlib. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Bu gün çox sevinirəm ki, bizim ordumuz yaranıb. Ordumuz yox idi, çox çətinlik çəkmişik. Noyabrın 9-da həm Dövlət Bayraq günündə gənc əsgərlərimizin andiçmə mərasiminin keçirilməsi və “Açıq qapı günü” təşkil olunması düşünürəm ki, bizim üçün ikiqat bayramdır. Burda valideynlərimiz də övladlarının hansı şəraitdə xidmət etməsini öz gözləri ilə görmüş olacaqlar. Mən təklif edirəm ki, yaxşı xidmət edən əsgərlərimizi tez-tez məzuniyyətə də göndərək. Bu münasibətlə hərbi xidmətdə olan və xüsusən də ön cəbhədə xidmət aparan əsgərlərimizə can sağlığı arzu edirəm. İnanıram ki, güclü ordumuzun sayəsində biz tezliklə işğal altındakı torpaqlarımızı düşməndən azad edəcəyik”.

07 November 2018, 15:50
Gündəm
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Şabanov özünü qismən təqsirli bildiyini deyib. O, daha sonra sərbəst ifadə verib. S.Şabanov söyləyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb, alimenti isə ödəyə bilmirmiş: "Aliment 6 min manat olmuşdu. Onlar məni şikayət etdilər. Sonra məni məhkəmə icra şöbəsindən çağırdılar. Orada mərhumla aramızda mübahisə oldu. Evə qayıtdıq, axşam tərəfi isə Hətəm Şabanovla yenidən mübahisə etdik. Sonra onu öldürdüm". Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib. Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.