Sosial şəbəkədə biz:

Dənizdə xilas edilən balıqçıların görüntüsü - VİDEO

08 November 2018, 21:05
Gündəm
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndi yaxınlığında dənizdə (təxminən 15 km dənizin içinə doğru) 2 nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olunb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən dərhal Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb. İlk olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri çatıb. İçərisində 2 nəfərin olduğu qayıq xilasetmə qüvvələrinin müşayəti ilə sahilə gətirilib.