Sosial şəbəkədə biz:

Hüseynin Bakıda fanatları ilə görüşündən sonra biabırçılıq (VİDEO)

11 November 2018, 13:14
Gündəm
Instagram fenomeni Hüseyn Həsənovun 28 Mall-da sevənləri ilə görüşündən sonra xoşagəlməz hadisələr yaşanıb. 
Baku.ws-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi blogerlə görüşmək istəyən kütlə ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub.
Əzilən avtomobillərin şüşələri də çatlayıb. Instagram-da 7 milyon izləyicisi olan Hüseynlə görüşmək istəyənlər bunun üçün çox canfəşanlıq edib. Kütlənin çılğınlığından ən çox ətrafdakı nəqliyyat vasitələrinin sahibləri ziyan çəkib.
İnsanlar blogeri görmək üçün Ticarət Mərkəzinə axışıblar. 28 Mall-un ətrafında və daxilində də izdiham yaşanıb. Görüşdən sonra ticarət mərkəzində xoşagəlməz mənzərə ortaya çıxıb.