Sosial şəbəkədə biz:

İcra başçısı Vaqif Abdullayevin daha bir kadrını İŞDƏN ÇIXARDI

12 November 2018, 11:14
Gündəm
Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin daha bir kadrını vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Asif Ağayevin müvafiq əmri ilə, icra hakimiyyətinin baş mütəxəssisi Abbaslı Cavid Vidadi oğlunu işdən çıxarıb. Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər.