Sosial şəbəkədə biz:

Lavrovla Peskovu Putinin yanına buraxmadılar - Video

14 November 2018, 10:00
Gündəm
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla prezidentin mətbuat katibi Dmitri Peskov Sinqapurda gözləmədikləri rəftarla üzləşiblər. “Qafqazinfo” “Ruptly” saytına istinadən xəbər verir ki, rusiyalı nümayəndələr prezident Vladimir Putinin sinqapurlu həmkarı ilə ASEAN sammiti çərçivəsində görüş keçirdiyi zala buraxılmayıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları və sammit personalı zalın qapısını bağlayaraq Lavrov və Peskovu içəri keçməyə qoymayıblar.