Sosial şəbəkədə biz:

Bakıda istirahət mərkəzində insident – ƏŞYALARI SINDIRIB TÖKDÜLƏR

14 November 2018, 12:41
Gündəm
Bakıda istirahət mərkəzlərindən birində xoşagəlməz hadisə baş verib. Publika.az xəbər verir ki, Xəzər rayonu ərazisindəki istirahət mərkəzlərinin birində Vüqar Mustafayev adlı şəxs əşyaları qəsdən sındıraraq uzaqlaşıb. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs tutularaq istintaqa təhvil verilib. Məlum olub ki, Türkan qəsəbə sakini V.Mustafayev Mehman Tarverdiyev adlı şəxsə məxsus “VAZ-2107” markalı avtomobili də qaçırıb. Araşdırmalar davam etdirilir.