Sosial şəbəkədə biz:

Qusarda çəkilən “Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

15 November 2018, 16:07
Gündəm
Qusar ərazisində yol kənarına çəkilən nişanlanma işarələri zamanı yol verilən kobud səhv sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. Oxu.Az-ın məlumatına görə, yol-nişanlanma işləri yol kənarındakı peyinə məhəl qoyulmadan icra edilib. Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin əraziyə baxış keçiriləcək: “Ola bilsin ki, yolda rənglənmə işləri aparılarkən diqqətsizliyə yol verilib. Belə bir şey varsa, aradan qaldırılacaq”. Qeyd edək ki, fotonu Facebook sosial şəbəkəsində “Кусары онлайн” səhifəsi paylaşıb.