Sosial şəbəkədə biz:

Pul üçün rinqə çıxan 13 yaşlı idmançı faciəvi şəkildə öldü - VİDEO

15 November 2018, 16:09
Gündəm
Tailandda məktəb xərclərini ödəmək üçün pullu boks döyüşlərinə çıxan 13 yaşlı oğlan beynindən aldığı zərbə nəticəsində rinqdə can verib. Oxu.Az xəbər verir ki, ana-atası olmayan və yaşayışını pullu döyüşlərlə təmin edən Anuka Tasako çıxdığı döyüşün 3-cü raundunda həyatını itirib. Onun ölümü Tailandda böyük narazılığa səbəb olub. Əhali azyaşlıların pul üçün döyüşməsini qadağan edən qanun çıxarılmasını tələb edir.