Sosial şəbəkədə biz:

Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? – Rəsmi cavab

16 November 2018, 13:54
Gündəm
Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun adı şərab biznesində hallandığı üçün onun geri çağırılacağı barədə xəbərlər yayılıb. XİN-in mətbuat katibi Leyla Abdullayeva Teleqraf.com-a açıqlamasında bu barədə heç bir məlumatının olmadığını bildirib: “Səfirin geri çağırılması səlahiyyəti ölkə prezidentinə məxsusdur”. Onun sözlərinə görə, Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olduğuna dair əsaslandırılmış məlumat olmadığından bununla bağlı XİN araşdırma aparmayıb və şərh vermir.