Sosial şəbəkədə biz:

Bakıdan uçan təyyarə Moskva səmasında başqa təyyarə ilə toqquşma təhlükəsi yaşayıb

16 November 2018, 14:08
Gündəm
Heydər ƏIiyev Beynəlxalq Hava Limanının “Operations Control Center” (OCC) dispetçer mərkəzinin məlumatlarına əsasən, AZAL aviaşirkətinin təyyarələri dünən rusiyalı həmkarlarından Moskva səmasında hər hansı təhlükə barədə məlumat almayıblar. Virtualaz.org AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL-ın təyyarələri havada təyyarələrin toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş TCAS sistemi ilə təchiz ediliblər. TCAS sistemindən də hər hansı təhlükə ilə bağlı məlumat daxil olmayıb. O da əlavə olunub ki, belə bir hadisə baş veribsə, Bakıdan uçan təyyarə AZAL aviaşirkətinə aid olmayıb. *   *   *12:42 Moskva səmasında sərnişin təyyarələri son anda toqquşmadan qaça biliblər. Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, hadisə dünən, noyabrın 15-də baş verib. Moskvanın “Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan “Vnukovo” hava limanına uçan təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.