Sosial şəbəkədə biz:

"Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın söndürüldü

16 November 2018, 14:14
Gündəm
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub. *   *   *12:38 "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb. "Report"un məlumatına görə, hadisə bazarın anbarında baş verib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.