Sosial şəbəkədə biz:

Yol polisləri tıxacda maşın itələdilər - Video

16 November 2018, 21:49
Gündəm
Adətən vətəndaşlarla qarşıdurmaları çəkilib sosial şəbəkələrdə yerləşdirilən yol polisləri ilə bağlı pozitiv məqamlar da az deyil. Belə məqamlardan birini “Qafqazinfo”nun əməkdaşı bir qədər əvvəl Heydər Əliyev prospektində lentə alıb. Belə ki, prospektdə hərəkətin sıx vaxtı köməksiz vəziyyətdə qalan maşını görən YPX əməkdaşları xidməti avtomobillərindən enərək vətəndaşın maşınını itələməklə onun təhlükəsiz əraziyə çıxmasına yardımçı olublar. Həmin görüntüləri təqdim edirik: