Sosial şəbəkədə biz:

Abel Məhərrəmovun yeri boşdur

19 November 2018, 17:01
Gündəm
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib. Bundan sonra sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektorun təyin edilməsi barədə məlumatlar yayılıb. BDU-nun mətbuat katibi Pərvanə İbrahimova məsələ ilə bağlı virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, ali təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Rektor təyinatı dövlət başçısının səlahiyyətindədir. Hazırda BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir”.