Sosial şəbəkədə biz:

İdman şərhçisi canlı efirdə infarkt keçirdi - Video

20 November 2018, 09:43
Gündəm
Türkiyənin Eskişehir şəhərində yerli televiziyalardan birində idman şərhçisi canlı efirdə infarkt keçirib. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, idman aparıcısı Şükrü Oytan komandalar haqqında fikir bildirərkən qəfildən qarşısındakı masanın üzərinə yıxılıb. Daha sonra isə müvazinətini itərərək yerə düşüb. Təcili tibbi yardım çağrıldıqdan sonra o, xəstəxanaya aparılıb.
Aparıcının səhhətinin yaxşı olduğu bildirilib.