Sosial şəbəkədə biz:

Bir nəfərin meyiti çıxarıldı, 3 nəfərdən xəbər yoxdur - Yenilənir

20 November 2018, 09:54
Gündəm
Gəncə şəhərində baş verən partlayış zamanı binanın 4 sakini dağıntılar altında qalıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qaz sızmasından baş verib. Dağıntılar altında qalan sakinlərdən birinin,1994-cü il təvəllüdlü Cumalızadə Cumal Taleh oğlunun meyiti çıxarılıb. Digər 3 şəxsin səhhəti ilə bağlı vəziyyət məlum deyil. *** Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bir yaralı dağıntılar altından çıxarılıb. Hərbçi olan Məmmədov Orxan Oktay oğlu Hərbi Hospitala yerləşdirilib.