Sosial şəbəkədə biz:

Azərbaycan millisi üçün həlledici gündür

20 November 2018, 11:16
Gündəm
Bu gün Azərbaycanın futbol üzrə milli yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.  Milli komandamız Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq.

Priştinadakı "Fadil Vokrri" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimiz hal-hazırda 9 xalla ikincidir. Rəqibimiz Kosova yığması isə 11 xalla birincidir. Xatırladaq ki, millimiz qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazana bilməyəcək. (Sputnik)