Sosial şəbəkədə biz:

Partlayış qurbanlarının sayı artır - VİDEO

20 November 2018, 11:32
Gündəm
Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayış və uçqun nəticəsində həlak olanların sayı artır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dağıntılar arasından daha 2 meyit çıxarılıb. Onlardan biri kişi, digəri qadındır. Bununla həlak olanların sayı 3-ə çatıbş Daha bir nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Qurbanlarının sayının artacağı istisna edilmir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Fövqəladə Hallar Naziriliyi xəbər verir ki, nazir Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​ Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.
(Sputnik)