Sosial şəbəkədə biz:

Ana və oğlunun meyiti çıxarıldı - Partlayışda ölənlərin sayı 3-ə çatdı

20 November 2018, 12:21
Gündəm
Gəncə şəhərində baş verən partlayış zamanı binanın 4 sakini dağıntılar altında qalıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qaz sızmasından baş verib. Dağıntılar altında qalan sakinlərdən birinin,1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb. Digər 3 şəxsin səhhəti ilə bağlı vəziyyət məlum deyil. *** Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bir yaralı dağıntılar altından çıxarılıb. *** Dağıntılar altından çıxarılan hərbçi Məmmədov Orxan Oktay oğludur və o, Hərbi Hospitala yerləşdirilib. *** Əldə etdiyimiz son məlumata görə, daha iki nəfərin meyiti çıxarılıb. Şəxsiyyəti məlum olmayan qadınla birgə 20-25 yaşlı oğlunun cəsədi dağıntılar altından çıxarılıb. Oğlanın Gəncədə "McDonalds"da işlədiyi bildirilir. *** Dağıntılar altından çıxarılan son iki nəfərin də şəxsiyyəti məlum olub. Onlar 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun övladı, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğludur.