Sosial şəbəkədə biz:

Nazir müavini: "Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 November 2018, 14:34
Gündəm
Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib. E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".