Sosial şəbəkədə biz:

Prezident onlara general rütbəsi verdi

20 November 2018, 16:30
Gündəm
Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında  sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib. Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. Nazirliyin aşağıdakı əməkdaşları isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ilə təltif olunublar: Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayev.