Sosial şəbəkədə biz:

Həbs olunan general oğlunun - Fotoları

11 April 2015, 23:31
Gündəm
Xəbər verdiyimiz kimi, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev həbs edilib.
O, Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında baş verən davada iştirak edib. Tamerlan barədə  Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.
Millət vəkili Çingiz Qənizadə “Qafqazinfo”ya açıqlamasında onun məhz atası-Şəmsi Əsədullayev tərəfindən polisə təhvil verildiyini bildirib.