Sosial şəbəkədə biz:

Bakıda 26 yaşlı gənc qadın itkin düşdü

21 November 2018, 09:41
Gündəm
Bakıda daha bir gəlin itkin düşüb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37-də yerləşən DSK 3-də yaşayan, 1988-ci il təvəllüdlü Əlzamin Əlyar oğlu Əmənov polisə müraciət edərək bildirib ki, noyabrın 19-da saat 15:00-da onunla birlikdə eyni ünvanda yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Günel Ceyhun qızı Mirzəyeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. (Trend)