Sosial şəbəkədə biz:

Rusiyada 36 yaşlı azərbaycanlı iş adamı qətlə yetirildi

22 November 2018, 13:27
Gündəm
Hücumdan sonra Tağıyevi qardaşı xilas etməyə çalışıb. Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, o, üzündən və ayağından güllə yaraları almış iş adamını xəstəxanaya çatdırıb. Şahidlərin bildirdiyinə görə, hadisə yerində dörd ədəd 9 millimetrlik giliz və güllə aşkarlanıb. Maşının korpusunda yeddi güllə izi tapılıb. *   *   *11:25 Moskva vilayətinin Vidnoye şəhərində dünən axşam öz avtomobilin salonunda yaralı kişi aşkar edilib. Virtualaz.org “RenTV”yə istinadən xəbər verir ki, 36 yaşlı sürücü üç güllə yarası alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Sonradan məlum olub ki, güllələnən azərbaycanlı iş adamı Toğrul Tağıyevdir. İlkin məlumatlara görə, daha əvvəl də Tağıyevə sui-qəsd olunubmuş. Hadisənin təfərrüatları araşdırılır.