Sosial şəbəkədə biz:

Pensiya yaşı 70-ə qaldırılır - 2020-Cİ İLDƏ

22 November 2018, 15:10
Gündəm
Yaponiya hökuməti ölkədə pensiya yaşını 65 yaşdan 70 yaşadək qaldırmağı planlaşdırır.
Bununla bağlı müzakirələr noyabrın 26-ı başlayacaq.
Pensiya yaşının artırılması ilə bağlı qanun layihəsinin 2020-ci ilədək qəbul olunması nəzərdə tutulur.
Qeyd edək ki, Yaponiyada kişilərin ömür uzunluğu 80,89, qadınlarda 87,14 il təşkil edir.
Ölkədə hər dörd nəfərdən birinin yaşının 65-dən çox olduğu deyilir.(Modern.az)