Sosial şəbəkədə biz:

Tiflisin mərkəzində atışma olub, yaralılar var

23 November 2018, 12:45
Gündəm
Gürcüstan paytaxtı Tiflis şəhərinin mərkəzində yerləşən “Meydan” restoranı yaxınlığında atışma olub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin Gürcüstan prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.