Sosial şəbəkədə biz:

Borca görə axtarışda olan 56 nəfər saxlanıldı

24 November 2018, 11:04
Gündəm
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.  DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.