Sosial şəbəkədə biz:

Bakıda intensiv yağış yağacaq

25 November 2018, 13:24
Gündəm
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu yarımadada gündüz 10-13°, Bakıda 10-12° isti təşkil edəcək.