Sosial şəbəkədə biz:

4 əsgərin şəhid olduğu helikopterin qəza anı - VİDEO

26 November 2018, 22:32
Gündəm
Türkiyənin İstanbul şəhərində 4 əsgərin şəhid olduğu helikopter qəzasının görüntüləri yayılıb.
Qəza bu gün Sancaqtəpə bölgəsində qeydə alınıb. Hərbçilərin olduğu helikopter yaşayış məhəlləsində yerə çırpılıb. Nəticədə 4 hərbi qulluqçu şəhid olub. Ehtimal edilir ki, ekipaj üzvləri daha böyük faciənin baş verməməsi üçün helikopteri insanların olmadığı ərazidə dayandırmaq istəyiblər.
Azvision.az