Sosial şəbəkədə biz:

Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisi bağlanıb

26 November 2018, 22:42
Gündəm
Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib. “Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb. Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Soros Fondunu ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb.