Sosial şəbəkədə biz:

Şəkidə dəhşətli yol qəzası, sürücü öldü, 5 nəfər ağır yaralandı

27 November 2018, 12:03
Gündəm
Şəkidə ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi "Chevrolet Niva" markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.   Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.