Sosial şəbəkədə biz:

“Putin zəngimə cavab vermədi” - Poroşenko

28 November 2018, 09:30
Gündəm
Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinin onun telefon zənginə cavab vermədiyini deyib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kerç boğazında baş verənlərdən sonra Poroşenko Putinlə danışmaq istəyib: “Dərhal həmin gecə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq istədim. Ancaq cavab vermədi. Mən də kansler Angela Merkelə müraciət etməli oldum ki, Ukrayna gəmilərinin dərhal azad edilməsi ilə bağlı Putinlə danışsın”.