Sosial şəbəkədə biz:

“Mənim seçimim dinc və vahid Gürcüstandır” – Salome Zurabişvili

28 November 2018, 15:50
Gündəm
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səs verib. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, S.Zurabişvili seçki məntəqəsinə oğlu və qızı ilə gəlib. O, səsvermədə iştirak edəndən sonra jurnalistlərə ən avropalı namizədə səs verdiyini deyib: “Mənim seçimim sülhlü, vahid, dinc və gülümsəyən Gürcüstandır”.