Sosial şəbəkədə biz:

Türkiyə Xaşogi işi ilə bağlı 18 səudiyyəlinin həbsinə order verdi

30 November 2018, 18:40
Gündəm
Türkiyə məhkəməsi müxalif jurnalist Camal Xaşoginin qətlində şübhəli bilinən Səudiyyə Ərəbistanının 18 vətəndaşının həbsi ilə bağlı order verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məhkəmə bu qərarı İstanbul prokurorunun sorğusuna əsasən qəbul edib. Bildirilir ki, həmin 18 nəfərdən 15-i cinayətin törədildiyi vaxt Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda olub.