Sosial şəbəkədə biz:

Emindən Leyla Əliyevaya təşəkkür: “Sən qeyri-adi qadınsan”

02 December 2018, 11:14
Gündəm
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xalq artisti Emin Ağalarov oğulları Əli və Mikayılın doğum gününü birlikdə qeyd ediblər.  Belə ki, Emin Ağalarov ad günündən foto paylaşaraq Leyla Əliyevaya təşəkkürünü bildirib:
“Uşaqlar, ilk yubileyiniz mübarək! Sizin artıq 10 yaşınız oldu. Xoşbəxt və sağlam böyüyün! Leyla, mən sənə füsunkarlığına, hamıya hər zaman dəstəyinə, anlayışına və münasibətinə görə təşəkkür etmək istəyirəm. Sən qeyri-adi qadınsan və mən sənə hər şeyə görə sonsuz dərəcədə minnətdaram”. Qeyd edək ki, Əli və Mikayılın 10 yaşı tamam olub. (Azvision.az)