Sosial şəbəkədə biz:

FIG prezidenti: "Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk"

02 December 2018, 11:31
Gündəm
"Biz dünya kuboklarını, çempionatlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirik". Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe FIG-in Bakıda keçirilən 82-ci Konqresinin açılışında çıxış edərkən deyib. O, Konqresin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: "Əminəm ki, Konqres öz işini uğurla başa çatdıracaq. Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk".